Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
# 18 iyun 2013 13:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2013/2014-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunun üçün abituriyentlər komissiyanın internet saytında yaradılan bölməyə daxil olaraq imtahana "Buraxılış vərəqəsi"ni əldə etməlidirlər. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

Qeyd edək ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballıq şkalada qiymətləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR