«Bolkart» şəbəkəsinə aid olmayan ticarət obyektlərində alış-veriş üçün güzəştli şərtlər təklif olunur

«Bolkart» şəbəkəsinə aid olmayan ticarət obyektlərində alış-veriş üçün güzəştli şərtlər təklif olunur
# 30 oktyabr 2013 13:01 (UTC +04:00)

Bakı - APA-Economics. Artıq «Bolkart MasterCard» sahibləri «Bolkart» şəbəkəsinə aid olmayan ticarət obyektlərində və internetdə daha münasib ödəmə şərti ilə alış-veriş edə bilərlər. Bu kartların emitenti olan «Bank of Baku» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Bolkart» şəbəkəsi xaricində olan mağazalarda alış-veriş etmək istəyən kart sahibləri ənənəvi 1 aylıq deyil, 3 aylıq ödəniş müddəti əldə edə bilərlər.

Bunun üçün «Bolkart MC» sahibi alış-veriş zamanı əldə edəcəyi qəbzdə əks olunmuş 6 rəqəmli təsdiq kodunu və «taksit3» ifadəsini SMS ilə 8145 nömrəsinə göndərməlidir. Məsələn, 659459 taksit 3 (burada 659459 təsdiq kodudur). İnternet vasitəsi ilə edilən əməliyyatlar zamanı isə təsdiq kodunu bankın 145 Məlumat Mərkəzinə müraciət etməklə və ya gələcəkdə alış-veriş sonrası daxil olan SMS mətnindən əldə etmək olar.

Müvafiq SMS alış-veriş həyata keçirilən andan 24 saat ərzində göndərilməlidir. Əks halda, sorğu nəticəsiz qalacaq. Üç aylıq ödəmə seçiminin komissiya haqqı – 4,5%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR