Milli Şuranın Mitinq Komitəsinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Milli Şuranın Mitinq Komitəsinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
# 20 sentyabr 2013 15:58 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Mitinqin keçirilməsi üzrə Komitəsinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

APA-nın xəbərinə görə, bunu Mitinq Komitəsinin üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

G. Asalanlı deyib ki, paytaxt Polis İdarəsinin yüksək rütbəli zabitləri ilə keçirilən görüşdə o özü və AXCP sədrinin müavini Asəf Quliyev iştirak edib.

İdarədə Milli Şuranın sentyabrın 22-də keçirəcəyi mitinqdə sabitliyin qorunmasına diqqət yetirilməli olduğu Mitinq Komitəsi üzvlərinin nəzərinə çatdırılıb.

G. Aslanlı bildirib ki, görüşdə mitinq təşkilatçıları da öz təkliflərini veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR