İrandan Azərbaycana qaçaqmal keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qaçaqmal keçirilməsinin qarşısı alınıb
# 24 sentyabr 2013 09:57 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan sərhədçiləri tərəfindən İrandan Azərbaycana qaçaqmal keçirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Sentyabrın 17-si saat 02:40 radələrində Göytəpə Sərhəd Dəstəsinin Yardımlı rayonundakı Perimbel kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş Yardımlı rayonu Şəfəq kənd sakinləri 1981-ci il təvəllüdlü Mahmudov Mehman Məmiş oğlu və 1983-cü il təvəllüdlü Sultanlı Əli İlqar oğlu sərhəd naryadı tərəfindən saxlanılıb. Əraziyə baxış zamanı sərhəd pozucularına məxsus üç bağlamada 3000 qutu “Makbeth” siqareti, üç ədəd mobil telefon və bir ədəd cib bıçağı aşkar olunaraq götürülüb.

Sərhəd pozucularını qarşılamağa gəlmiş naməlum şəxs sərhəd naryadının “Dayan” komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq havanın qaranlıq olmasından istifadə edərək bir baş atı hadisə yerində saxlayaraq geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:40-da hadisə yerindən 1000 metr məsafədə bir ədəd “Bayquş M-6U” tipli gecə görmə cihazı aşkar olunaraq götürülüb.

Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR