Bakıda 9 otaqlı evdə yanğın olub

Bakıda 9 otaqlı evdə yanğın olub
# 15 yanvar 2014 01:44 (UTC +04:00)

Bakı-APA. Bakıda bu gecə yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 665 kv.m olan üçmərtəbəli 9 otaqlı mansard tipli evdə baş verib. Nəticədə evin mansardının taxtadan ibarət dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR