QMİ: Pərviz Həşimli ilə bağlı Allahşükür Paşazadəyə rəsmi müraciət məktubu daxil olmayıb

QMİ: Pərviz Həşimli ilə bağlı Allahşükür Paşazadəyə rəsmi müraciət məktubu daxil olmayıb
# 16 dekabr 2013 15:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Həbsdə olan “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli ilə bağlı onun özü və yaxud yaxınları tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə yalnız mətbuat vasitəsi ilə müraciət olunub, rəsmi müraciət məktubu daxil olmayıb”.

Bu barədə QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib. Mətbuat xidmətindən deyilib ki, məsələ ilə bağlı yalnız rəsmi məktub vasitəsi ilə müraciət olunduqdan sonra Şeyx yardım göstərə bilər.

Bildirilir ki, həbsdə olan jurnalistlə bağlı QMİ-yə rəsmi məktub göndərilmədiyi üçün müraciətin aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilməsi mümkün olmur: “Müraciət məktubu daxil olduqdan sonra Şeyx məsələyə yardımçı ola və müraciət məktubunu aidiyyəti üzrə müvafiq yerlərə yönləndirə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR