Azərbaycanda məcmu bank kapitalı son bir ildə 33% artıb

Azərbaycanda məcmu bank kapitalı son bir ildə 33% artıb
# 30 yanvar 2014 13:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2014-cü il yanvarın 1-nə 3 426,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 853,2 mln. manat və ya 33,2% çoxdur.

«APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, təkcə ötən ilin dekabr ayında məcmu bank kapitalı 87,0 mln. manat və ya 2,6% artıb.

Qeyd edək ki, məcmu kapitalının 2013-cü il ərzində artımı 2012-ci ilin göstəricisindən (686,7 mln. manat) yüksək olub. Eyni zamanda, 2012-2013-cü illərdə müşahidə olunan artım bütün əvvəlki illərin göstəricilərindən üstün olub. Bu da təbiidir, çünki 2014-cü ilin yanvarın 1-nə qədər ölkə bankları kapitallarını 50 mln. manata çatdırmalı idi və banklar bunu əsasən 2012-ci və 2013-cü illərdə həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR