Eldəniz Quliyev: “Müsavatla görüşdə Rüstəm İbrahimbəyovun fəxri sədrliyi ilə bağlı məsələ müzakirə mövzusu ola bilməz”

Eldəniz Quliyev: “Müsavatla görüşdə Rüstəm İbrahimbəyovun fəxri sədrliyi ilə bağlı məsələ müzakirə mövzusu ola bilməz”
# 18 dekabr 2013 14:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “El” Hərəkatı ilə Müsavat Partiyasının sabah keçiriləcək görüşündə Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla bağlı məsələ müzakirə mövzusu ola bilməz”.

Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev söyləyib.

Eldəniz Quliyev deyib ki, Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsi barədə qərar Milli Şuranın son sessiyasında qəbul olunub: “Fəxri sədrlik məsələsinin müzakirəsi yalnız Milli Şuranın sessiyasında qaldırıla bilər. Ancaq “El” Hərəkatı bunu yolverilməz sayır. Özünə hörmət edən Milli Şura öz qərarını tapdamaz”.

Eldəniz Quliyev dünən “El” Hərəkatı İdarə Heyətində müzakirələrdən sonra Müsavat Partiyasının görüş təklifinə razılıq verildiyini və görüşün rəhbəri olduğu Azərbaycan Ziyalılar Birliyinin ofisində baş tutacağını bildirib: “Müsavat Partiyasının keçirdiyi görüşlərdə real siyasi güc saydıqları bəzi partiyalarla müttəfiqlik mövzusunda söhbət edirlər. Digər Hərəkat və qurumlarla görüşlərdə isə strateji, funksional əməkdaşlıq məsələsinə prioritet verirlər. Bunu nə ilə əsaslandırırlar, niyə bu müzakirələr Milli Şurada yox, kənarda olur? Yəqin ki, bizimlə görüşdə bunlar da bilinəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR