Əvəz Temirxan: “Rüstəm İbarhimbəyovun Milli Şuranın sədri olmasını iqtidar və Müsavat istəmir”

Əvəz Temirxan: “Rüstəm İbarhimbəyovun Milli Şuranın sədri olmasını iqtidar və Müsavat istəmir”
# 15 noyabr 2013 14:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Milli Şuradan kənar qurumların yaradılmasına ehtiyac var, heç müxalifət də bütünlüklə Milli Şurada deyil. Qurumun adını Milli Şura qoymaqla deyil ki...” Bunu APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan söyləyib.

Ə.Temirxan bildirib ki, Milli Şura özünü doğruldan prinsiplər üzərində qurulmayıb: “Milli Şura tanınmışlar prinsipi üzərində qurulmuşdu. Mübariz kimi tanınanlar var ki, mübariz deyillər, ancaq elələri var ki, mübarizdirlər, tanınmırlar. Milli Şurada kollektiv və fərdi üzvlük prinsipləri əsas götürülməli idi. Siyasi partiyalar, gənclər təşkilatları və digər qurumlar kollektiv, ziyalılar, ayrı-ayrı tanınmış şəxslər, ekspertlər fərdi üzvlük prinspi ilə Milli Şuraya qəbul edilməli idilər”.

Ə.Temirxan xatırladıb ki, Liberal Partiya vaxtilə Milli Şuranın nüvəsində parlament tipli Ali Məclis olan ümumxalq hərəkatına çevrilməsini təklif edib: “Hətta təklif etmişdim ki, qurumun İdarə Heyətində rotasiya qaydasında QHT-lərə, gənclər təşkilatlarına, KİV-ə yer verilsin. Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun son açıqlaması da göstərir ki, indi buna duyulan ehtiyac qəbul edilməkdədir. Cəmiyyətin bütün təbəqələrini fəallaşdırmaq üçün hamını Milli Şuraya gətirmək mümkün deyil”.

ALP Müsavat Partiyasının rəhbərliyinin Rüstəm İbrahimbəyovun qurumun həmsədri kimi qalmasına etiraz etməsinə də münasibət bildirib: “Rüstəm İbarhimbəyovun Milli Şuranın sədri olmasını kim istəmir? İqtidar. İndi Rüstəm İbrahimbəyovun Milli Şuranın həmsədri kimi qalmasına kim etiraz edir? Cəmiyyət özü nəticə çıxarmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR