Bakıda lombardda iki nəfər bıçaqlanıb - VİDEO

Bakıda lombardda iki nəfər bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 28 fevral 2014 08:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda lombardda bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 27-si saat 12:30 radələrində naməlum şəxs Bakıxanov qəsəbəsi Xəlilov küçəsində yerləşən Lombarda daxil olub, əlindəki bıçaqla orada işləyən Bakı şəhər sakini Ülkər Teymurluya xəsarət yetirərək, pul və qızıl tələb edib. O, həmin vaxt Ü.Teymurluya köməyə gəlmiş, yaxınlıqdakı mağazada işləyən Natiq Əliyevə də xəsarət yetirərək qaçıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Yuriy Sergeyeviç Paşutkin Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR