Gəncədə 23 yaşlı şəhər sakini bıçaqlanıb

Gəncədə 23 yaşlı şəhər sakini bıçaqlanıb
# 23 iyun 2014 08:07 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Eyyub Talıbov qarının çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən E. Talıbovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, E. Talıbovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR