Ağır atletika üzrə Azərbaycan millisi Tallinə yollanır

Ağır atletika üzrə Azərbaycan millisi Tallinə yollanır
# 19 sentyabr 2013 12:23 (UTC +04:00)

Bakı-APA. Sabah Estoniyanın paytaxtı Tallində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi start götürəcək. Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışda məşqçilər Natiq Həsənov və Azad Nurməmmədovun rəhbərli altında 4 idmançımız podiuma çıxacaq.

Belə ki, 20 yaşa qədər oğlanlar arasında Elxan Əliqulizadə (69 kq), Kamran İsmayılov (85 kq) və Nailxan Nəbiyev (94 kq) nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. 23 yaşa qədər oğlanlar arasında isə İuri Dudoqlo (62 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, sentyabrın 29-dək davam edəcək Avropa birinciliyində Azərbaycan hakim qismində Oqtay Muxtarovla təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR