Bakıda bir neçə oğurluq hadisəsi törədən şəxs tutulub

Bakıda bir neçə oğurluq hadisəsi törədən şəxs tutulub
# 03 mart 2014 07:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bir neçə oğurluq hadisəsi törədən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əşraf Məmmədov tutulub. Məlum olub ki, o, yanvarın 24-də Babək prospektində yerləşən, Səfura Nərimanovaya məxsus mağazadan, fevralın 14-nə keçən gecə Qaçaq Nəbi küçəsində yerləşən, Məhbubə Eyvazlıya məxsus gözəllik salonundan, fevralın 27-də Sarayevo küçəsində yerləşən, Sevil Quliyevaya məxsus mağazadan, fevralın 20-nə keçən gecə Nəsrəddin Tusi küçəsində yerləşən, Yaşar Nəsibova məxsus dərzi sexini, Samirə Mikayılovaya məxsus gözəllik salonunu və Elşad Mustafayevə məxsus mağazanı qarət edib. Tutulan şəxs fevralın 27-də yenidən E. Mustafayevin mağazasından oğurluq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR