Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib - FOTO

Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 25 fevral 2014 09:17 (UTC +04:00)

Bakı – APA. Gənclər və idman naziri Azad Rəhimov bu gün Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 40-a yaxın vətəndaşın iştirak etdiyi görüş Şamaxı Olimpiya İdman Kompleksində baş tutub.

20-ə yaxın müraciət Olimpiya İdman Komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adların verilməsi, 20-dən artıq müraciət isə gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması və digər mövzularla bağlı olub.

Bəzi məsələlər yerində həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR