Türkmənistanda baş nazirin müavini övladlarının davranışına görə istefaya göndərilib

Türkmənistanda baş nazirin müavini övladlarının davranışına görə istefaya göndərilib
# 21 sentyabr 2013 00:59 (UTC +04:00)

Bakı-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov baş nazirin müavini, prezident aparatının işlər idarəsinin rəisi Hocamühəmməd Mühəmmədovu istefaya göndərib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli televiziya xəbər yayıb.

Müvafiq qərar Nazirlər Kabinetinin genişləndirilmiş iclasında daxili işlər naziri İsgəndər Mullikovun səsləndirdiyi məlumatdan sonra qəbul olunub.

İ.Mullikov bildirib ki, H.Mühəmmədovun iki oğlu və kürəkəni Aşqabadın əyləncə mərkəzlərində, Avaza turizm zonasında və hətta təyyarədə dəfələrlə dava salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR