Draytulinq üzrə ilk Azərbaycan çempionatı keçiriləcək - FOTO

Draytulinq üzrə ilk Azərbaycan çempionatı keçiriləcək - <span style="color: red;">FOTO
# 10 dekabr 2013 08:29 (UTC +04:00)

Bakı – APA. Dekabrın 14-15-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “ClimBaku” İdman Dırmanma Mərkəzində ölkədə ilk dəfə Draytulinq (Drytooling) üzrə respublika çempionatı keçiriləcək.

Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar üzrə keçiriləcək çempionatda FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox idman klubu - “Qərb Universiteti”, “AMEAST”, “A+A”, “Ekosport”, “Murov”, “FHN İdman Klubu”, “Salavat”, “Zirvə”, “Şahdağ”, “Yanardağ”, “Rock Stone”, “Babadağ”, “Qaya Qartalları”, “Mauntain Bee”, “Tanrıdağ”, “Gəncə”, “Daşkəsən”, “Kəmər Qaya”, “Nuxa”, “Gənclik”, “Macəra”, “Skautlar”, “İrəli”, “Memarlıq Akademiyası”, “Texniki Universitet”, “Qafqaz”, “Simurq”, “Kəpəz”, “Gömrük”, “Extralife”, “Kyanit”, “Şəki AMA” və s. iştirak edəcək.

Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR