“Nar Mobile” atçılıq turnirinə sponsorluq edib - FOTO

“Nar Mobile” atçılıq turnirinə sponsorluq edib - <span style="color: red;">FOTO
# 12 may 2014 09:12 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakıda yerləşən “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turniri başa çatıb.

“Nar Mobile” mobil operatorunun sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançıları iştirak ediblər.

“Nar Mobile”dən “APA-Economics”ə verilən məlumata görə, ümumi mükafat fondu 168 min ABŞ dolları olan turnirdə, ümumilikdə 25-ə yaxın idmançı və 65-ə yaxın at iştirak edib. Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunan hakimlər kollegiyası nəzarət edirdilər.

Azərbaycan idmançısı Camal Rəhimov yarışın qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR