ARDNŞ həyata keçirdiyi qazma işlərini 25% azaldıb

ARDNŞ həyata keçirdiyi qazma işlərini 25% azaldıb
# 07 may 2014 11:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 810 metr qazma işi həyata keçirib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% azdır.

Belə ki, bu sahədə görülmüş işlərin 12 479 metri istismara, 331 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 46 587 metr qazma işi görülüb ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 19,7% azdır.

Bunun da 45 665 metri istismara, 922 metri isə kəşfiyyata aid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR