Gəncədə Heydər Əliyev Park Kompleksi üçün yeni idarə yaradılır

Gəncədə Heydər Əliyev Park Kompleksi üçün yeni idarə yaradılır
# 26 fevral 2014 09:43 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə Heydər Əliyev Park Kompleksi üçün yeni idarə yaradılacaq. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib. E. Vəliyev deyib ki, Heydər Əliyev Park Kompleksi böyük istirahət guşəsidir və ora xidmət etmək üçün xüsusi bir idarənin yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, yeni təşkilatın yaradılması ilə bağlı artıq Nazirlər Kabinetinə müraciət edilib və müsbət cavab alınıb.

E. Vəliyev, təşkilatda 200 nəfərin çalışacağını, yeni idarə kompleksinin bütün sahələr üzrə xidmət göstərəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR