Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası: Partlayış zamanı 3 nəfər xəsarət alıb

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası: Partlayış zamanı 3 nəfər xəsarət alıb
# 13 fevral 2014 08:33 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Z. Vahidova bildirib ki, 3 nəfərə yerindəcə yardım edilib: “Onlardan ikisi qadın, biri isə kişidir. Həmin üç nəfəri artıq xəstəxanaya yerləşdirmişik. İki qadın 1 saylı kilinik xəstəxanaya, 24 yaşlı Kazımov Tərlan Əbdüləli oğlu Travmatologiya İnstitutuna yerləşdirilib”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən göndərilən briqadalar artıq oradan çıxarılıb: “Hər ehtimala qarşı orada 2 briqada saxladıq. Bina həm çöküb, həm də uçub. Ümumiyyətlə, tikintisi saxlanılmış binadır. İlkin məlumata görə, həmin binanın zirzəmisində qaz sızma nəticəsində partlayış baş verib”.

Qeyd edək ki, bu gün “Azadlıq prospekti” metro stansiyasının yaxınlığındakı kafedə partlayış baş verib. İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR