SAM-da Çin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

SAM-da Çin nümayəndə heyəti ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 10 fevral 2014 16:48 (UTC +04:00)

Bakı – APA. Bu gün Çin Xalq Respublikası Kommunist Partiyasının Xarici Əlaqələr Departamentinin direktor müavini Co Linin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub.

SAM-dan APA-ya verilən məlumata görə, görüş zamanı Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin formalaşması və inkişaf mərhələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, Azərbaycanın Cənubi Qafqazda apardığı siyasət, SAM-ın ÇXR-də həyata keçirdiyi layihələr və təşkil etdiyi tədbirlər müzakirə edilib.

Görüş həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR