ANAMA-nın iti və bələdçisi barədə hekayə ABŞ-da qalib elan edilib

ANAMA-nın iti və bələdçisi barədə hekayə ABŞ-da qalib elan edilib
# 20 sentyabr 2013 10:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) minaaxtaran iti və bələdçisi barədə yazılmış hekayə ABŞ-ın Marşal Leqas İnstitutu (Marshall Legacy Institute - MLI) tərəfindən qalib elan edilib. Bu barədə APA-ya ANAMA-nın keyfiyyətin idarə edilməsi üzrə baş mütəxəssisi Fikrət Əliyev məlumat verib.

Müsabiqə dünyada minatəmizləmə əməliyyatları aparılan ölkələri əhatə edib və 4 fərqli nominasiya üzrə qaliblər seçilib. ANAMA-nın minaaxtaran itlər üzrə bələdçisi Mənsur Aslanov və “Noko Dexter” adlı minaaxtaran it barədə hazırlanmış yazı müsabiqənin “Mine Detection Dog Team of the Year” nominasiyasının qalibi olub.

Müsabiqənin qalibləri oktyabrın 6-11-də MLİ-nin Vaşinqtonda keçirilən tədbirində təltif ediləcək.

MLİ və ANAMA arasında əməkdaşlıq 2005-ci ildən başlanıb. Ötən dövrdə MLİ tərəfindən ANAMA-ya 29 baş minaaxtaran it bağışlanıb. “Nico Dexter” adlı it 2006-cı ildən Azərbaycanda həyata keçirilən minatəmizləmə əməliyyatlarında iştirak edir. İndiyədək bu it vasitəsilə 1,5 milyon kvadratmetr ərazi yoxlanılaraq mina və PHS-lərdən təmizlənib. “Nico Dexter” 4 ədəd tank, 1 ədəd piyada əleyhinə mina və onlarla partlamamış hərbi sursat tapıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR