Azərbaycanda tanınmış şirkətin külli miqdarda əmlakının mənimsənilməsi faktı aşkarlanıb - VİDEO

Azərbaycanda tanınmış şirkətin külli miqdarda əmlakının mənimsənilməsi faktı aşkarlanıb - <span style="color: red;">VİDEO
# 20 iyun 2013 12:38 (UTC +04:00)

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Kazbeqi Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus əmlakın mənimsənilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, MMC-də 2012-ci ilin yanvar-iyun aylarında sürücü-ekspeditor vəzifəsində işləmiş Tural Əfəndiyev və başqaları onlara etibar edilmiş malların satışından əldə olunmuş pul vəsaitinin bir hissəsini müəssisənin kassasına mədaxil etməyərək mənimsəyib, bununla da cəmiyyətə ümumilikdə 66 min 600 manat məbləğində ziyan vurublar.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR