Gəncədə partlayış olub, xəsarət alan var

Gəncədə partlayış olub, xəsarət alan var
# 10 fevral 2014 07:37 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə yaşayış evində partlayış olub. Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə səhər saat 09 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində Ruslan Hüseynova məxsus evdə baş verib. Ev sahibinin həyat yoldaşı 42 yaşlı Qərənfil Hüseynova qaz sobasını yandırmaq istəyərkən partlayış yaranıb və o 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR