Bərdədə sürücü maşın ustasını bıçaqlayıb - VİDEO

Bərdədə sürücü maşın ustasını bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 06 yanvar 2014 15:21 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə şəhər sakini Aqşin Mehtiyev aralarında baş verən mübahisə zamanı rayonun Bala Qəjər kənd sakini 40 yaşlı Eyvaz Novruzovu bıçaqlayıb. Hadisəyə «KamAZ» sürücüsü olan A.Mehtiyevin usta kimi çalışan E.Novruzova maşınını düzəltdirmək istəyərkən onların arasında yaranan anlaşılmazlıq səbəb olub.

Kürək nahiyəsindən bir bıçaq yarası alan E.Novruzov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR