İranda avtobus qəzası baş verib, ölən və yaralananlar var

İranda avtobus qəzası baş verib, ölən və yaralananlar var
# 16 may 2014 10:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda avtobus qəzası baş verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 03:30-da Kaşan-Qum magistralının 45 kilometrliyində olub.

Avtobusun aşması nəticəsində bir nəfər hadisə yerindəcə ölüb, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kaşan şəhərinin Şəhid Beheşti xəstəxanasına yerləşdiriliblər.

Ölənin avtobusun sürücüsü olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR