Fuad Qəhrəmanlı: “Koordinasiya Şurasında ümumi rəy belədir ki, İctimai Palata buraxılmalıdır”

Fuad Qəhrəmanlı: “Koordinasiya Şurasında ümumi rəy belədir ki, İctimai Palata buraxılmalıdır”
# 21 dekabr 2013 11:31 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.

F. Qəhrəmanlı bildirib ki, İctimai Palatanın fəaliyyətinə xitam verilməsi qurumda təmsil olunan qüvvələrin geri çəkilməsi formasında nəzərdə tutulmur. Artıq İctimai Palatanın buraxılmasının vaxtı çatdığını deyən F. Qəhrəmanlının sözlərinə görə, bununla bağlı hələlik ümumi qərar qəbul olunmayıb: “İctimai Palatanın sessiyasında bu məsələyə baxılmalıdır. Qurumun fəaliyyətinə və roluna qiymət verilərək, ümumi qərarla bu məsələ həllini tapmalıdır. Biz güman etmirik ki, qurumun buraxılmasında hər hansı ciddi problem olacaq. Ancaq hər hansı mənfi fikirlər ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR