Ermənistan nümayəndələri Gömrük İttifaqının Gömrük Məcəlləsinin hazırlanmasında iştirak edəcəklər

Ermənistan nümayəndələri Gömrük İttifaqının Gömrük Məcəlləsinin hazırlanmasında iştirak edəcəklər
# 14 mart 2014 03:55 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Tiqran Sarkisyan və Avrasiya İqtisadi Komissiyasının üzvü Vladimir Qoşin arasında keçirilmiş danışıqların yekunlarına dair Ermənistan hökumətinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumatda bildirilir ki, görüş zamanı Ermənistanın Gömrük İttifaqına qoşulması prosesi çərçivəsində gömrük qanunvericiliyi və əməkdaşlıq məsələləri müzakirə olunub.

Qoşin gələn il qüvvəyə minəcək Gömrük İttifaqının Gömrük Məcəlləsinin hazırlanmasından məlumat verib.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 2013-cü ilin sentyabrın 3-də ölkəsinin Gömrük İttifaqına üzv olmaq niyyətini təsdiqləyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Tiqran Sarkisyan “İTAR-TASS”a müsahibəsində bildirib ki, Ermənistanın Gömrük İttifaqına üzv olması prosesində əsas məsələ gömrük rüsumları ilə bağlıdır: “Məsələ orasındadır ki, Gömrük İttifaqında bir sıra mallara olan gömrük rüsumları Ermənistanda tətbiq olunan rüsumlardan yuxarıdır. Biz danışıqlar aparmalıyıq ki, Ermənistan üçün çox mühüm olan bir sıra malların siyahısı müəyyən olunsun və onlara tətbiq edilən rüsumlar azaldılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR