Bakıda NATO qiymətləndirməsi üzrə təlimə hazırlıqla əlaqədar məsləhət görüşü keçirilir

Bakıda NATO qiymətləndirməsi üzrə təlimə hazırlıqla əlaqədar məsləhət görüşü keçirilir
# 12 fevral 2014 08:05 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Şimali Atlantika Alyansını təmsil edən hərbi mütəxəssislər təlimdə iştirak edəcək bölmənin NATO standartlarına uyğun döyüş hazırlığına malik olması üçün Azərbaycan ordusunun tədbirə qatılmış zabitlərinə öz məsləhətlərini veriblər. Əvvəlcə ekspertlərin və Azərbaycan ordusu zabitlərinin brifinqləri dinlənilib, sonra isə iştirakçılar qruplara bölünərək tapşırıqların icrası ilə bağlı məsləhətləşmələr aparıblar.

Tədbir fevralın 13-də başa çatacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR