Bakı. Kəmalə Quliyeva - APA. Bakıda Xocalı soyqırımı ilə bağlı yeni abidə kompleksi yaradılacaq.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, həmin kompleksdə Xocalı soyqırımını əks etdirən abidə və muzey olacaq: “Kompleks hazır olduqdan Xocalı soyqırımı abidəsinin ziyarəti rəsmi protokollara salınacaq”.