İran Bəşər Əsədin 2014-cü ilin yazınadək öz vəzifəsində qalmasını istəyir

İran Bəşər Əsədin 2014-cü ilin yazınadək öz vəzifəsində qalmasını istəyir
# 23 aprel 2013 00:54 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Bəşərin Əsəd 2014-cü ilin yazında keçiriləcək prezident seçkilərinədək öz vəzifəsində qalması ən yaxşı ssenaridir”. APA-nın məlumatına görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Burucerdi Suriya prezidenti Bəşər Əsədlə keçirdiyi mətbuat konfransından sonra bildirib.

Onun sözlərinə görə, Suriya xalqı şəffaf seçki prosesi zamanı öz mövqeyini ortaya qoyacaq və taleyinə qərar verə biləcək. Ə. Burucerdi ad çəkmədən Suriyanın qonşularını müxalifləri dəstəkləməklə tənqid edərək, həmin ölkələri böhranı dərinləşdirməyə çalışmaqda günahlandırıb: “Suriyadakı böhrana tez, ya da gec son qoyulacaq. İran da böhran tamamilə sona çatana qədər Suriyanı dəstəkləməyə davam edəcək. Suriya İsrailə qarşı müdafiə cəbhəsinin ilk xəttini meydana gətirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR