AŞPA-da internetə çıxış hüququ ilə bağlı müzakirələr olacaq

 AŞPA-da internetə çıxış hüququ ilə bağlı müzakirələr olacaq
# 07 mart 2013 14:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycan Milli Məclisinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün martın 10-da Parisə yola düşəcək.

Parlamentdən APA-ya verilən məlumata görə, tədbirdə internetə çıxış hüququ, yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri, kiber məkanda təhlükəsizlik, yeni nəsil Avropalılar üçün təhsil çağırışları, Avropanın təhlükədə qalan mədəni irsi və digər mövzularda müzakirələr aparılacaq.

Deputat gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, öz münasibətini bildirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR