Dəm qazından zəhərlənmə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib

Dəm qazından zəhərlənmə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib
# 09 mart 2013 09:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda dəm qazından zəhərlənmə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, martın 8-də Abşeron rayon sakini Vidadi Nəbiyev evində dəm qazından zəhərlənərək ölüb.

Həmin gün Sumqayıt şəhər sakinləri Bahar Abdullayeva və Nərmin Abdullayeva evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR