Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb

Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb
# 25 aprel 2013 17:15 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında ölkə ərazisində bir neçə yanğın hadisəsi baş verib. APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Səmədabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaqlı evə bitişik ümumi sahəsi 140 kv.m olan talvarın yanar konstruksiyaları 14 kv.m sahədə və həyətdə dayanmış “Qaz” markalı yük avtomobilinin mühərrikində elektrik avadanlıqları və kabinə hissəsi yanıb. Talvarın, avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub.

Bundan başqa, Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 42 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqda yerləşən evlər yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Salyan rayonunda qeydə alınıb. Rayonun Böyük Noxudlu kəndində (rayon mərkəzindən 5 km aralı) məxsus ümumi sahəsi 96 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 9 ton ot bağlamasının 3 tonu yanıb. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunub. Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR