İrəvanda Serj Sarkisyanın andiçmə mərasimi keçiriləcək

İrəvanda Serj Sarkisyanın andiçmə mərasimi keçiriləcək
# 09 aprel 2013 00:50 (UTC +04:00)

Bakı-APA. Bu gün İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanın andiçmə mərasimi keçiriləcək.

APA-nın məlumatına görə, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçkidə seçicilərin 58,64%-nin səsini toplamış Serj Sarkisyan qalib gəlib. İkinci yerdə isə «İrs» partiyasının lideri Raffi Ovannisyan gəlir – 36,74%. Ovannisyan seçkinin nəticələri ilə razılaşmayıb və bu gün İrəvanın Azadlıq meydanında alternativ andiçmə mərasimin keçirmək niyyətindədir.

Andiçmə mərasimi Ermənistan parlamentinin xüsusi iclası zamanı həyata keçiriləcək.

Tədbirə Rusiya prezident administrasiyası rəhbərinin başçısı Sergey İvanov, KTMT baş katibi Nikolay Bordyuja, İran Xin başçısı Əli Əkbər Salehi, Gürcüstanın mədəniyyət naziri Sirane Adişariya, Çinin mülki məsələlər üzrə nazir müavini Qu Çjaosi dəvət olunub.

Parlamentdə təmsil olunan müxalifət qüvvələri seçkiləri saxta saydıqları üçün mərasimdə iştirak etməyəcəklər.

Həmin gün İrəvanda ritual xarakterli hərbi parad da keçiriləcək. Parada hərbi texnika olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR