Gürcüstanda silahlı şəxs küçədə iki qadını güllələyib

Gürcüstanda silahlı şəxs küçədə iki qadını güllələyib
# 22 may 2024 16:36 (UTC +04:00)

Gürcüstanın Rustavi şəhərində naməlum şəxs yoldan keçən iki qadına atəş açıb.

APA-nın “ipn.ge”yə istinadən xəbərinə görə, nəticədə onlar hadisə yerində ölüb, yanlarındakı azyaşlı uşaq isə yaralanıb.

Yaralı dərhal xəstəxanaya aparılıb. İlkin araşdırma zamanı olayı 25-30 yaşlarında olan bir şəxsin törətdiyinə şübhələr müəyyən edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs qaçmaq istəyərkən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR