Bayram günləri təcili yardıma müraciət edənlərin sayı kəskin artıb - APA TV

Bayram günləri təcili yardıma müraciət edənlərin sayı kəskin artıb - <span style="color: red;">APA TV
# 25 mart 2013 14:52 (UTC +04:00)

Bu göstərici adi günlərlə müqayisədə çoxdur. Stansiyanın baş həkim müavini Oqtay Şahmalıyev bildirib ki, bu günlərdə çağırışlar orta səviyyədən 15-20 faiz çoxdur: “Bu, ilk növbədə onunla bağlıdır ki, bayramla əlaqədar digər tibb müəssisələri tam fəaliyyətdə deyil. Ona görə də təcili yardımın işi artıb. Əlbəttə ki, bu günlərdə təcili yardım gücləndirilmiş rejimdə işləyir. Orta hesabla 140 briqadamız fəaliyyət göstərir”.

Stansiyaya daxil olan müraciətlər daha çox nəqliyyat qəzaları, qan təzyiqinin artması, ürək ağrıları ilə əlaqədar olub. Yol qəzaları ilə bağlı stansiyaya ümumilikdə 16 müraciət edilib. Həkimin dediyinə görə, Novruz şənlikləri təcili yardım həkimlərinin gündəlik işində izsiz ötüşməyib: "Çağırışların səbəbi əsasən əvvəlki günlərdəki kimidir. Lakin qeyri-adi hadisələr də baş verib. Məsələn, bayram günləri tonqalın üstündən tullanarkən xəsarət alanlar olub. Bu gün ərzində iki çağırış elə tonqalın üzərindən tullanarkən yanıq xəsarətləri alan iki nəfər üçün oldu".

Bayram süfrəsinə xas olan, bizim yağlı-duzlu yeməklərimiz və şirniyyatlar da həkimlərin işini xeyli artırıb: "Ürək damar-sistemi şikayətləri ilə əlaqədar çağırışlar artıb. Bu da bayram günlərində qida rejiminin pozulmasına görədir. Özünüz bilirsiniz ki, şəkərbura-paxlava yağlıdır, enerjili qidadır. Onunla əlaqədar qida rejiminin pozulması baş verirsə, insan özünü pis hiss edir".

Paytaxtın magistral yollarında təcili tibbi yardım maşınları üçün ayrıca hərəkət zolağının olmaması, yollardakı tıxaclar və bəzi sürücülərimizin çağırışa tələsən maşınların həyəcan siqnalına əhəmiyyət verməməsi də əlavə problemlər yaradır. Stansiyanın baş həkimi Gülsənəm Bayramova bildirib ki, tıxaclar gecikmələrə səbəb olur, bundan başqa, xidmətə gün ərzində edilən xeyli sayda yalançı çağırış zəngləri əlavə vaxt itkisinə gətirib çıxarır: "Yalançı çağırışlar bayram günlərində daha çox olur. Biz valideynlərdən xahiş edirik ki, uşaqlara nəzarət etsinlər. Onlar 103 xidmətini yığırlar və bu da əlavə vaxt itkisinə səbəb olur. Bayram günlərində uşaqların dəcəlliyini nəzərə almasaq, təcili yardım xidmətinin bir ənənəsi pozulmayıb. Belə ki, çağırışlar yenə də daha çox axşam və gecə saatlarına təsadüf edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR