Bakı şəhər icra hakimiyyəti VİP-in Rusiya səfirliyi qarşısında aksiya keçirmək barədə müraciətini mənfi cavablandırıb

Bakı şəhər icra hakimiyyəti VİP-in Rusiya səfirliyi qarşısında aksiya keçirmək barədə müraciətini mənfi cavablandırıb
# 06 mart 2013 13:52 (UTC +04:00)

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BŞİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə partiyaya daxil olan cavab məktubunda piketin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Məktubda qeyd olunub ki, Rusiya səfirliyi Bakının nəqliyyatın intensiv hərəkət etdiyi ərazisində yerləşdiyindən orada toplantının keçirilməsi mümkün deyil.

VİP sədrinin müavini Ramil Hüseynov isə BŞİH-nin piketin keçirilməsinin mümkünsüzlüyü ilə bağlı arqumentlərini əsassız adlandırıb və partiyanın yekun qərarının martın 7-də VİP Siyasi Şuranın növbədənkənar iclasında müzakirə olunacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR