“Xəzər Lənkəran” klubuna yeni idman direktoru təyin olunub

“Xəzər Lənkəran” klubuna yeni idman direktoru təyin olunub
# 25 fevral 2013 08:41 (UTC +04:00)

Bakı-APA. Bu gün “Xəzər Lənkəran” sabiq FİFA referisi Babək Quliyevlə əməkdaşlığa başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, keçmiş hakim komandanın idman direktoru vəzifəsinə gətirilib.

Babək Quliyev futbol həyatına 1983-cü ildə futbolçu olaraq başlayıb. 2001-ci ildən etibarən hakimlik fəaliyyətinə start verən Quliyev 2002-ci ildən peşəkar karyerasına FİFA referisi olaraq davam edib. 2009-cu ilə qədər Azərbaycanı beynəlxalq arenalarda təmsil edən ədalət təmsilçisi həmin ildə hakimlikdən kənarlaşdırılıb. Bununla belə, 39 yaşlı mütəxəssis futboldan uzaqlaşdırılıb. O, hazırda bir sıra media orqanlarında futbol eksperti olaraq hakimliyin səviyyəsini şərh edir.

Qeyd edək ki, “Xəzər Lənkəran”da bu postda son olaraq türkiyəli Cüneyt Biçər çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR