Ötən il Azərbaycan Ali Məhkəməsinə müraciətlərin sayı artıb

Ötən il Azərbaycan Ali Məhkəməsinə müraciətlərin sayı artıb
# 01 fevral 2013 07:49 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ali məhkəmənin bu gün keçirilən plenumunda çıxış edən məhkəmənin sədri Ramiz Rzayev deyib. R. Rzayev Ali Məhkəməyə daxil olan işlərin sayının 20, 5 faiz artığını deyib: “Bu il ərzində daxil olan işlərin sayı artsa da, Ali Məhkəmə tərəfindən ləğv olunan məhkəmə qərarların sayı azalıb. Bu da onu göstərir ki, aşağı instansiya məhkəmələri ədalətli və əvvəlki illərlə müqayisədə daha düzgün qərarlar qəbul ediblər”.

Daha sonra Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova çıxış edib. Ş. Məmmədova bildirib ki, 2012-ci ildə kollegiyaya daxil olan işlərin sayı artıb: “2012-ci ildə baxılan işlər arasında əsasən ailə, əmək, mənzil, bank kreditləri və borcları ilə bağlı işlər üstünlük təşkil edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR