Azərbaycan Dövlət Neft Fondu bu il aktivlərini sabit saxlamaq niyyətindədir

Azərbaycan Dövlət Neft Fondu bu il aktivlərini sabit saxlamaq niyyətindədir
# 23 aprel 2013 09:48 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Fondun icraçı direktoru Şaxmar Mövsümov bəyan edib.

Ş.Mövsümovun sözlərinə görə, bunun səbəbi Fondun 2013-cü ilin büdcəsinin kəsirli olması ilə bağlıdır. Qeyd edək ki, təsdiq edilmiş proqnozlara əsasən, ARDNF-in 2013-cü il büdcəsinin gəlirləri 11 482 040,4 min manat, xərcləri 13 403 099,4 min manat təşkil edir.

Bu ilin əvvəlində isə Fondun aktivlərinin həcmi 34,129 mlrd. ABŞ dollarına, aprelin 1-nə isə 34,326 mlrd. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR