Bir qrup qadına fəxri adlar verilib, üç qadın isə “Tərəqqi” medalı ilə təltif olunub - SİYAHI

Bir qrup qadına fəxri adlar verilib, üç qadın isə “Tərəqqi” medalı ilə təltif olunub - <span style="color: red;">SİYAHI
# 04 mart 2013 16:31 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, təhsil, mədəniyyət, memarlıq və jurnalistika sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar Memar”

Hacıyeva Yeganə Ərşad qızı

Həsənova Aybəniz Əşrəf qızı

Məmmədova Zahidə Gülməmməd qızı

Seyfullayeva Nelli Musa qızı

“Əməkdar Jurnalist”

Xəlilova Flora Fətula qızı

“Əməkdar Mədəniyyət İşçisi”

Atakişiyeva Dilarə Muradovna

Heydərova Şeyla Qaçay qızı

Qasımova Valentina Mixaylovna

Dövlət başçısı İ. Əliyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə və 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Cəfərova Səriyyə Müslüm qızı, Əlizadə Lətafət Məmməd qızı və Reyxrudel Larisa Yefimovnanın “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR