Sabah Ermənistanda Türkiyəyə açılacaq aviareysin təqdimat mərasimi keçiriləcək

Sabah Ermənistanda Türkiyəyə açılacaq aviareysin təqdimat mərasimi keçiriləcək
# 13 mart 2013 16:22 (UTC +04:00)

Bakı-APA. Sabah Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı İrəvan-Van-İrəvan aviareysinin təqdimatını keçirəcək. APA-nın məlumatına görə, təqdimat mərasimində turizm şirkətlərinin, Ermənistan İqtisadiyyat Nazirliyinin, beynəlxalq təşkilatların, ABŞ-ın Ermənistandakı səfirliyinin nümayəndələri iştirak edəcəklər. İrəvandan Türkiyənin Van vilayətinə uçuşlar həftədə iki dəfə ATR 72-500 təyyarələri ilə həyata keçiriləcək. Biletin qiyməti 250 dollardır. Qeyd edək ki, bu, Ermənistandan Vana gerçəkləşdiriləcək ilk birbaşa aviareysdir. Bu reys üzrə ilk uçuş aprelin 3-ə planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR