Güclü külək Ucar rayonuna elektrik enerjisinin verilməsində problem yaradıb

Güclü külək Ucar rayonuna elektrik enerjisinin verilməsində problem yaradıb
# 14 mart 2013 07:57 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Dünən axşamdan başlayan güclü külək Ucar rayonunda bir sıra problemlərə səbəb olub. APA-nın yerli bürosunun xəbərinə görə, axşam saatlarından rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.

Ucar Elektrik Şəbəkəsinin rəisi Gülxan Zülfüqarovun bildirdiyinə görə, ötən əsrin 60-cı illərində istifadəyə verilən elektrik xətləri güclü küləyə tab gətirməyib, nəticədə 18 elektrik dirəyi aşıb, 3 transformator yanıb, bir neçə yerdə 10 min kilovatlıq xətdə problem yaranıb.

Sonradan Ucar şəhərinin bir hissəsinə enerji verilişi bərpa olunsa da, rayonun kəndlərinə hələ də elektrik enerjisi verilməyib. Hazırda 8 təmir briqadası yerlərdə təmir-bərpa işləri aparır. Axşam saatlarınadək elektrik enerjisi ilə bağlı yaranan problemin tam aradan qaldırılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR