Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı xüsusi işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək

Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı xüsusi işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək
# 26 aprel 2013 07:54 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, konvensiyada qoyulan məsələlər Xəzərin statusunun müəyyənləşməsi istiqamətində əməkdaşlıq prinsiplərinin qurulması baxımından vacibdir: “Bir sıra məsələlər var ki, onlar ikitərəfli formatda həll olunur. Məsələn, Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin dibi ilə bağlı sərhədləri müəyyənləşdiriblər”.

X.Xələfov qeyd edib ki, açıq qalan məsələlər müzakirə olunmalı, razılığa gəlinməlidir: “Xüsusən də ən vacib məsələ olan Xəzərin səthinin istifadəsi ilə bağlıdır. Tehranda müəyyən istiqamətlər üzrə yaxınlaşmalar əldə olundu. Bilirsiniz ki, bundan əvvəl keçirilən Bakı sammitində çox vacib qərarlar qəbul edilmişdi. Xüsusilə balıqçılıq zonasının müəyyən edilməsi, nərə balıqlarının ovuna qadağa qoyulması məsələləri Tehran görüşündə ciddi şəkildə gündəmə gətirildi. Eyni zamanda qeyd olunan məsələlərin konvensiya çərçivəsində tərəflərin mövqelərinin razılaşdırılması baxımından irəliləyişlər oldu. Növbəti görüş Bakıda keçiriləcək. Nəzərdə tutulub ki, görüş bu ilin sentyabr ayının birinci yarısında keçilsin. Buna qədər isə hazırlıq işləri aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR