«Uniforex» xidməti daha bir müsabiqəyə yekun vurub

«Uniforex» xidməti daha bir müsabiqəyə yekun vurub
# 21 fevral 2013 14:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin «Uniforex» xidmətinin daha bir müsabiqəsi yekunlaşıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Unibank Trading Station»la (MT4 Ticarət Platforması) demo hesab üzərində davam edən 20 günlük müsabiqə başa çatıb.

Qaydalara uyğun olaraq, 3 ən yüksək demo hesab üzrə balansın sahibləri müsabiqənin qalibləri elan olunublar. Nəticədə, 1-ci yeri Nigar Namazova, 2-ci yeri Elvin Salmanov, 3-cü yeri isə Rəşad Qasımov qazanıb. Qaliblər «Unibank» tərəfindən balansı 1 900 dollar olan real hesablarla yanaşı, plastik kartlar və digər hədiyyələrlə mükafatlandırılıb.

«Unibank»ın xidməti olan «Uniforex» bu gün treyderlərə 24/7 «Internet Banking» xidməti, plastik kartlarla əməliyyatlar, bonus kampaniyaları, ödənişsiz fərdi və qrup şəklində seminarlar təklif edir. «Uniforex» öz müştərilərinin maliyyə bazarlarına çıxışını təmin edir və gəlir əldə etmələri istiqamətində fəaliyyət göstərir. «Uniforex»lə real hesab açmaq üçün «Unibank»ın istənilən filialına yaxınlaşmaq kifayətdir. «Uniforex» müştəriləri üçün «Unibank»ın baş ofisində yerləşən «Unitreninq»də ödənişsiz seminar və treyninqlər də təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR