Berti Foqts: “Azərbaycan turistlər üçün kəşf ediləsi yerdir”

Berti Foqts: “Azərbaycan turistlər üçün kəşf ediləsi yerdir”
# 11 mart 2013 13:24 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan digər sahələrdə olduğu kimi, turizm sferasında da inkişaf etməkdədir. Ölkənin böyük turizm potensialı var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.


Berlində təşkil olunan İTB Beynəlxalq Turizm sərgisində iştirak edən mütəxəssis tədbirlə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Azərbaycan relyef və təbiətinə görə çox cəlbedicidir: “Azərbaycan turistlər üçün təbiəti və qədim abidələri ilə kəşf ediləsi yerdir. “İTB Berlin 2013” turizm sərgisində iştirak etməsi bu ölkəyə olan marağı daha da artıracaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanın bu sahədə tutduğu strategiya doğru və məqsədyönlüdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR