Göyçayda toqquşan iki maşın restorana girib - FOTO

Göyçayda toqquşan iki maşın restorana girib - <span style="color: red;">FOTO
# 31 mart 2013 20:00 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə martın 31-də saat 17:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qaraməryəm kəndindən keçən hissəsində qeydə alınıb.

57 BO 020 dövlət nömrə nişanlı, “KamAZ” markalı avtomobil 23 BS 806 dövlət nömrə nişanlı, VAZ-21011 markalı maşın toqquşub. Toqquşmanın zərbəsindən hər iki maşın yol kənarında fəaliyyət göstərən, Əfqan Qasımova məxsus restorana girib.

Nəticədə VAZ-21011 markalı minik maşını və restoranın bir hissəsi tamamilə yararsız hala düşüb. Hadisə nəticəsində VAZ-21011 markalı maşının adı hələlik məlum olmayan sürücüsü xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR