Hesabat: Rusiya üçün keçmiş SSRİ ölkələri ilə münasibətlər ABŞ-la münasibətlərdən daha vacibdir

Hesabat: Rusiya üçün keçmiş SSRİ ölkələri ilə münasibətlər ABŞ-la münasibətlərdən daha vacibdir
# 12 mart 2013 20:50 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Milli kəşfiyyat direktoru Ceyms Klepperin Konqresə təqdim etdiyi hesabatda qeyd olunur ki, Moskva, çox güman ki, öz xarici siyasətini keçmiş SSRİ ölkələrinə təsirini gücləndirməyə yönəldəcək.


Hesabatda qeyd olunur ki, Kreml bunu irəli sürdüyü Gömrük ittifaqı (Rusiya, Belarus, Qazaxıstan) və Avrasiya İttifaqı kimi inteqrasiya təşəbbüsləri vasitəsi ilə həyata keçirəcək. Hesabat müəlliflərinin fikrincə, buna baxmayaraq, ABŞ-la ikitərəfli münasibətlər də Rusiya üçün əhəmiyyətli olaraq qalacaq.

C. Klepper daxili siyasi faktorların Rusiyanın xarici siyasətinə təsirinin daha da artacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR