Azərbaycanda büdcə xərclərinin 0,7 faizi elmə yönəlib

Azərbaycanda büdcə xərclərinin 0,7 faizi elmə yönəlib
# 06 mart 2013 10:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, Azərbaycan hökumətinin 2012-ci ilin yekunlarına dair illik hesabatında qeyd edilib ki, ötən il elmin inkişafı üçün dövlət büdcəsində 123,4 milyon manat (o cümlədən AMEA-ya 74 milyon manat) nəzərdə tutulub. Bu, 2003-cü illə müqayisədə 7,4 dəfə çoxdur.

Elm sahəsi üzrə orta aylıq nominal əmək haqqı 2003-cü illə müqayisədə 6,3 dəfə artaraq ötən il 370,4 manat təşkil edib. 2012-ci ildə ölkənin elmi müəssisələrində 150-yə yaxın elmi problemin 493 mövzusu üzrə 1350-dən artıq tədqiqat işi aparılıb.

Ötən dövr ərzində 82 alim elmlər doktoru, 568 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb, 96 nəfərə professor, 243 nəfərə isə dosent elmi adı verilib. Alim və mütəxəssislərə 143 ixtiraya görə patent verilib. Ümumiyyətlə, son 10 il ərzində respublikada 1808 ixtiranın qeydiyyatı aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR